Rezidenturaya qəbul olunmaq üçün ümumilikdə 443 nəfər ərizəsini təsdiq edib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Məlumatda qeyd olunur ki, bu dəqiqələrə olan göstəricilərə əsasən, Azərbaycan bölməsi üzrə ərizəsini təsdiq edənlərin sayı 392 nəfərdir. Bu say rus bölməsi üzrə 51 nəfər təşkil edir.
Qeyd edək ki, sənəd qəbulu fevralın 21-nə kimi davam edəcək.