Macarıstanın Szeged şəhərində “International Diplomatic Student Association” (Beynəlxalq Diplomatik Tələbə Birliyi) konfransı keçirilib.
AzEdu.az xəbər verir ki, Macarıstanda ilk dəfə olaraq təşkil edilən konfransda müxtəlif universitetlərdən 21 tələbə və tədqiqatçı beynəlxalq münasibətlər, iqtisadiyyat, beynəlxalq hüquq və digər mövzularda 15 dəqiqəlik çıxışlar ediblər.
Macarıstanın Szeged Universitetində təhsil alan həmyerlimiz Fərid Hüseynov keçirilən konfransda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış edərək bu məsələylə bağlı həqiqətləri auditoriyaya çatdırmağa çalışıb.
Fərid Hüseynov Dağlıq Qarabağ münaqişənin tarixi arxafonu, müharibə dövrü, eləcə də müharibədən sonrakı sülh danışıqları və onların nəticəsiz qalmasının səbəblərə barədə konfransda danışdığını bildirib.
Qeyd edək ki, Fərid Hüseynov hazırda Macarıstanın Szeged Universitetində təhsil alır. O, 2016-cı Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanında maksimum balı toplayıb.