“Çin Xalq Respublikasında təqaüdlü təhsil proqramının seçim prosesi martın sonuna qədər yekunlaşacaq”.
AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli Təhsil Tv-də yayımlanan “Həftənin sualı”verilişində deyib. O bildirib ki, Çin Xalq Respublikasında təqaüdlü təhsil proqramı üçün sənədlərin qəbul müddəti bitib.
“Çin Xalq Respublikasında təqaüdlü təhsil proqramı üçün növbəti həftə artıq seçim mərhələsinə başlayacağıq. Orada həm çin həm də ingilis dillərində tədris mövcuddur. Çində ən müxtəlif sahələr üzrə təhsil almaq olar. Mart ayının sonuna qədər seçim prosesinin yekunlaşdırmağı və namizədlərin Çinə göndərilməsinə qərarlıyıq”.