“Macarıstanda təhsil almaq üçün müraciət edənlərin böyük qismi dünyanın ən top universitetlərində oxuya biləcək gənclərdirlər”.
AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli Təhsil Tv-də yayımlanan “Həftənin sualı” verilişində deyib.
O, bildirib ki, ötən illərlə müqayisədə Macarıstanda təhsil almaq üçün müraciət edən gənclərdə çox ciddi irəliləyişlər var:
“Əvvəllər İngilis dilini bilmək böyük üstünlük hesab olunurdusa, artıq Macarıstanda təhsil üçün müraciət edən gənclərin 100%-i həmin dildə çox yaxşı danışır.
Ümumiyyətlə, xarici dillə bağlı seçim məsələsi bizim üçün çox çətindir.
Qeyd edim ki, Macarıstanda təhsil üçün müraciət edən şəxslərin arasında IELTS sertifikatı balı 8 olanlar da var. Hətta ali məktəb qəbul üçün keçirilən DİM imtahanında 700 bal toplayan gənclərdə var”.