Fevralın 10-da keçirilən sınaq imtahanında 4 nəfərin başqasının yerinə imtahana girmək cəhdi müəyyən olunub.
Bu haqda AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Dövlət İmtahan Mərkəzi abituriyentlərin və onların valideynlərinin nəzərinə çatdırır ki, “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram texniki vasitə ilə belə hallar asanlıqla aşkara çıxarılır. İmtahana giriş zamanı proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə real vaxt rejimində götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə dərhal məlumat verir.