Azedu.az

Akademik Abel Məhərrəmov xəstəxanaya yerləşdirildi

12 Fevral 2019, 17:03
Akademik Abel Məhərrəmov xəstəxanaya yerləşdirildi

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun səhhətində ciddi problem yaranıb.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, Abel Məhərrəmov xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə daxil olub. 

Ürəyin fraksiyası aşağı olduğundan təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra bu gün normal palataya köçürülüb. 

Hazırda sabiq rektorun səhhətinin normal olduğu bildirilir.

Qeyd edək ki, bu barədə ilk məlumatı Media.Az  saytı yaymışdır.

Xatırladaq ki, Abel Məhərrəmov noyabrın 15-də prezident İlham Əliyevin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox