Azedu.az

“SABAH” qrupunun tələbələri Biofizika İnstitutunda təcrübə keçəcəklər

11 Fevral 2019, 17:15
“SABAH” qrupunun tələbələri Biofizika İnstitutunda təcrübə keçəcəklər

Bakı Dövlət Universitetinin “SABAH” qrupunun fizika müəllimliyi ixtisası üzrə təhsil alan III kurs tələbələri fevralın 18-dən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunda təcrübə keçəcəklər. Təcrübə akademiyanın prezidenti, akademik Akif Əlizadənin “SABAH” qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübə keçməsi haqqında” sərəncamına əsasən təşkil ediləcək.

İnstitutdan AzEdu.az-a bildirilib ki, təcrübə dövründə tələbələr laboratoriyalarda aparılan elmi-tədqiqat işləri, müasir avadanlıqların iş prinsipi ilə yaxından tanış olacaq və təhsil aldıqları müddətdə əldə etdikləri bilikləri təcrübi olaraq təkmilləşdirəcəklər.

Qeyd edək ki təcrübə may ayının sonunadək davam edəcək.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox