DİM-dən AzEdu.az-a verilən məlumata görə, ali təhsil müəssilərinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, I və IV ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək.
İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyunun 30-da, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçiriləcək.
I-V ixtisas qrupları və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılacaq.
Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi 3, 10 və 17 mart , ikinci mərhələsi isə 2, 9 və 16 iyun tarixlərində keçiriləcək.
Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının birinci mərhələsi 31 mart, ikinci mərhələsi isə 23 iyunda keçiriləcəkdir. Ərizə qəbulu fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılacaq.
XI siniflər üzrə buraxılış imtahanları 7, 14 və 21 aprel tarixlərində təşkil olunacaq. Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 28-də keçiriləcək.
Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanının 14 iyulda keçirilməsi nəzərdə tutulub.
Ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu | ||
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanı | 10 fevral | |
Ərizə qəbulu (I – V qruplar) | 15 mart - 15 aprel | |
QƏBUL İMTAHANI – I-IV ixtisas qrupları üzrə I mərhələ (əvvəlki illərin məzunları üçün) və V qrup üzrə | 28 aprel | |
QƏBUL İMTAHANI – II və III ixtisas qrupları üzrə (yaz imtahanı) | 12 may | |
QƏBUL İMTAHANI – I və IV ixtisas qrupları üzrə (yaz imtahanı) | 19 may | |
Ərizələrində qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak etmək üçün elektron qeydiyyatı | 30 may - 12 iyun | |
QƏBUL İMTAHANI – I və IV ixtisas qrupları üzrə (yay imtahanı) | 30 iyun | |
QƏBUL İMTAHANI – II və III ixtisas qrupları üzrə (yay imtahanı) | 7 iyul | |
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat | V qrup (bədən tərbiyəsi ixtisası üzrə) 24-28 iyun | |
V qrup (bədən tərbiyəsi ixtisası istisna olmaqla) 24 iyun - 3 iyul | ||
I qrup üzrə 12 - 17 iyul | ||
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları (I və V qrup) | V qrup (bədən tərbiyəsi ixtisası üzrə) 1 - 7 iyul | |
V qrup (bədən tərbiyəsi ixtisası istisna olmaqla) 7 iyul - 2 avqust | ||
I qrup üzrə 22 - 26 iyul | ||
Azərbaycan İlahiyyat İnstitutuna (İslamşünaslıq) qəbul olmaq istəyənlərin qeydiyyatı | 20 - 24 iyul | |
Azərbaycan İlahiyyat İnstitutuna (İslamşünaslıq) qəbul olmaq istəyənlərin qabiliyyət imtahanı | 27 iyul - 2 avqust | |
Jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı | 22 - 25 iyul | |
Jurnalistika ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı | 1 avqust | |
İxtisas seçimi (I – IV qrup) | 24 iyul - 6 avqust | |
İxtisas seçimi (V qrup (müvafiq komissiya üzrə qabiliyyət imtahanı başa çatdıqdan sonra)) | 24 iyul – 6 avqust | |
Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı (I mərhələ) | 15 - 27 avqust | |
Boş qalan yerlərə ixtisas seçimi | 15 - 19 avqust | |
Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı | 23 avqust - 2 sentyabr |
Buraxılış imtahanları | ||
İlk peşə-ixtisas təhsili müəssisələri | 17 fevral | |
İlk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrinin şagirdləri üçün Azərbaycan dili imtahanı | 18 fevral | |
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 1-ci istiqamət | 3 mart | |
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət | 10 mart | |
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət | 17 mart | |
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün) | 31 mart | |
Tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı | 5 may | |
Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 1-ci istiqamət | 2 iyun | |
Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 2-ci istiqamət | 9 iyun | |
Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 3-cü istiqamət | 16 iyun | |
Ümumi (9 illik) orta bazasında II mərhələ (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün) | 23 iyun | |
Tam (11 illik) orta təhsil bazasında, 1-ci istiqamət | 7 aprel | |
Tam (11 illik) orta təhsil bazasında, 2-ci istiqamət | 14 aprel | |
Tam (11 illik orta) təhsil bazasında, 3-cü istiqamət | 21 aprel | |
Tam (11 illik) orta təhsil bazasında (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün) | 28 aprel | |
Tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı | 5 may |