Bu gün magistratura imtahanlarına onlayn sənəd qəbulu başa çatır.
İmtahanda iştirak etmək üçün bu dəqiqələrə olan göstəricilərə görə, ümumilikdə 11.048 nəfər ərizəsini təsdiq edib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Məlumatda qeyd olunur ki, Azərbaycan bölməsi üzrə ərizəsini təsdiq edənlərin sayı 10.033 nəfərdir. Bu say rus bölməsi üzrə 1.015 nəfər təşkil edir.
Qeyd edək ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr günün sonunadək elektron ərizəsini dolduraraq təsdiq edə bilər.