Magistratura imtahanında iştirak etmək üçün ümumilikdə 9827 nəfər ərizəsini təsdiq edib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Məlumatda qeyd olunur ki, bu dəqiqələrə olan göstəricilərə əsasən, Azərbaycan bölməsi üzrə ərizəsini təsdiq edənlərin sayı 8934 nəfərdir. Bu say rus bölməsi üzrə 893 nəfər təşkil edir.
Qeyd edək ki, Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu fevralın 11-dək davam edəcək.