Ağcabədi rayonunda tam orta məktəbdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, yanğın zamanı kitabxananın yanar konstruksiyaları, taxta arakəsmə divarı 15 m² sahədə və 1 otağın qapısı yanıb.
Məlumata görə, otağın qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.