Xarici ölkələrdə təhsil almaq istər dünyagörüşünün artırılması, istərsə də elm, təhsil baxımından böyük əhəmiyyət kəsb edir. Hətta təhsilin ən yüksək inkişaf dövrünü yaşayan ölkələrdə belə gənclər xaricdə oxumağı qarşılarına hədəf qoyub.
AzEdu.az-ın budəfəki yazısı Erasmus proqramı haqqındadır:
Erasmus proqramın əsas məqsədi Avropa və digər ölkələrdə oxuyan tələbələrin, universitet müəllimləri, professor heyətinin mübadilə edilməsidir. Bu mübadilənin əsas məqsədi fərqli ölkələrin insanlarını bir araya gətirmək və mədəniyyətlərin vəhdətini təşkil etməkdir.
Proqramın adı Avropanın birçox universitetlərində təhsil alan Hollandiyalı elm adamı Erasmusun adından götürülüb.
“ErasmusMundus” Avropa Birliyi nəzdində fəaliyyət göstərən Avropa Komissiyası tərəfindən maliyyələşən bir təhsil proqramıdır.
Tələbələr təhsil aldığı müddətdə yaşayış, siğorta, viza, gediş-gəliş biletlərini özündə birləşdirən təqaüd paketinə yiyələnirlər.
Müraciət proseduraları:
Erasmusu digər tələbə mübadilə proqramlarında nfərqləndirən ən mühüm cəhəti bütün proseduralarının onlayn vasitəsilə olması, imtahan və ya müsahibə olmamasıdır.
Proqramda iştirak etmək üçün ilk şərt oxuduğunuz universitetin Erasmusun partnyor ali təhsil müəssisələrindən biri olmasıdır.
Digər şərtlər:
Proqramda iştirak etmək istəyənlər Azərbaycan vətəndaşı olmalı;
Son 5 il ərzində ümumi olaraq 12 aydan artıq Avropa ölkələrində olmamalıdır.
Proqram üçün lazım olan sənədlər
2.Tövsiyə məktubu;
3.Təhsil aldığınız müddətdə keçdiyiniz dərslərin transkripti;
5.Universitetiniz tərəfindən orada oxuduğunuzu təsdiq edən arayış;
Qeyd edək ki, yuxarıda sadaladığımız sənədlərin ingilis dilində olmağı vacibdir.