Azedu.az

“Peşə təhsili haqqında” qanun qəbul edildi

Kolleclər

3 Aprel 2018, 11:37
“Peşə təhsili haqqında” qanun qəbul edildi

Milli Məclisin bu gün keçirilən iclasında “Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

AzEDU xəbər verir ki, 5 fəsil və 26 maddədən ibarət olan qanun layihəsində özəl və bələdiyyə peşə təhsil müəssisələrinin yaradılması, peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük verilməsi, peşə təhsilini bitirənlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi, Azərbaycanda Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması və s. məsələlər yer alıb.

Müzakirələrin ardınca qanun layihəsi qəbul olunub.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox