Azedu.az

“Gəncliyin bir həftəsi”ndə intellektual yarış  

30 Yanvar 2019, 12:05
“Gəncliyin bir həftəsi”ndə intellektual yarış  

Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə 2 fevral – Gənclər Günü münasibətilə keçirilən "Gəncliyin bir həftəsi" adlı tədbir davam edir.

AzEdu.az xəbər verir ki, tədbirin üçüncü günü proqramın “Zövq al” istiqaməti çərçivəsində 6 komandanın iştirakı ilə “Breyn rinq” intellektual yarışı keçirilib. Yarışda “Öyrət” komandası qalib olub.

"Gəncliyin bir həftəsi" gənc tələbə-könüllülərin  şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, könüllülük dəyərlərinin aşılanması məqsədi daşıyır.

"Gəncliyin bir həftəsi"ndə hər gün proqramın 6 istiqaməti (“Yaşa”, “Yaşat”, “Öyrən”, “Öyrət”, “Kəşf et”, “Zövq al”) üzrə təlimlər, görüşlər, intellektual və komanda oyunları, tələbə-könüllülərin ifasında konsert proqramı keçiriləcək.  

Tədbir fevralın 2-dək davam edəcək.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20 000-dən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü, təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox