Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) və Şəms Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində “Vikipediya”da böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi haqqında ispan dilində məqalə yaradılıb.
MEK-dən AzEdu.az-a bildiriblər ki, məqalədə Nəsiminin həyatı, yaradıcılığı və əsərləri haqqında ətraflı məlumat verilir.
Məqalə ilə daha ətraflı qeyd olunan linkdə tanış olmaq mümkündür:
//es.wikipedia.org/wiki/%C4%B0madaddin_Nasimi?fbclid=IwAR073R_lFJVkQMeHYFvol8iBvyUqvGf2AmFGrwi5wBZh_p141nf6tTrk7R4
Bu məqalə Prezident İlham Əliyevin ölkəmizdə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi çərçivəsində şairin 650 illik yubileyinə dəyərli töhfədir.