Almaniya keyfiyyətli təhsil, yaşam tərzi baxımından bir çox tələbələri cəlb edir.
Son illərdə burada təhsil almaq istəyənlərin sayı artmaqdadır.
AzEdu.az Almaniya təhsillə bağlı sual və cavabları təqdim edir. Sualları CELT xaricdə təhsil mərkəzinin məsləhətçiləri cavablandırır.
-Bakı Dövlət Universitetində kimya ixtisası üzrə 2-ci kursda oxuyuram və ortalama balım 74-dur. Alman dili üzrə səviyyəm isə C2-dir. Bilmək istərdim ki, Almaniya dövlət universitetində təhsilin bakalavr səviyyəsində oxuya bilərəm?
-Rəsmi Alman dili sertifikatınız varsa oxuya bilərsiniz
-Azərbaycan Memarlıq və İnşaat Uninersitetində 4- cu kursda oxuyuram. Ortalama balım isə 85-dir. Almaniyada ödənişsiz təhsil ala bilərəm? Orada oxuyan tələbələrə yaşayış yeri ödənişsizdir?
-Bəli təhsil ala bilərsiniz. Amma beynəlxaq imtahan sertifikatı olan IELTS 6.5 olmalıdır. Almaniyada sadəcə təhsil haqqından azadsınız.
-Almaniyada təhsil müddəti nə qədərdir?
-Almaniyada bakalavr səviyyəsi üzrə təhsil müddəti 3 ildir.
-Almaniya dövlət universitetlərində IELTS nəticəmlə oxuya bilərəm? Təxmini bunun üçün nə qədər pul lazımdır?
-Almaniya dövlət universitetlərində IELTS nəticəsinizlə oxuya bilərsiz. Orada yaşayış xərclər isə illik 9000 avrodur.
-Hazırda 11-ci sinifdə oxuyuram və təhsilimi Almaniyada davam etdirmək istəyirəm. Bilmək istərdim ki, Almaniyada təhsil almaq üçün nə etməliyəm?
-11-ci sinfi bitirdikdən sonra Almaniya univversitetlərinə birbaşa qəbul olmaq olmur. Çünki Almaniyada təhsil 13 illikdir. Məhz ona görə də Azərbaycanda və ya hər hansı xarici ölkədə 1il bakalavr təhsili almalısız. Onu da qeyd edək ki, IELTS 6.5 bal lazımdır.
-Bakı Dövlət Universitetində hüquq fakültəsi üzrə təhsil alıram. Almaniyada təhsilin magistr səviyyəsi üzrə oxumaq istəyirəm. Alman dilini bilirəm, ödənişsiz orada təhsil ala bilərəm?Bəs, Almaniyada oxumaq üçün hansı sənədlər lazımdır?
-Universitetdə ortalama göstəriciləriniz yaxşıdırsa ödənişsiz təhsil ala bilərsiniz. Alman dilində oxumaq istəyrsinizdə alman dili sertifikatınız olmalıdır.
-Almaniyada tibb sahəsi üzrə təhsil almaq istəyirəm. Almaniyanın tibb sahəsi üzrə ən yaxşı dövlət universiteti hansıdır?
-Almaniyada tibb sahəsi üzrə ən yaxşı ali təhsil müəssisəsi Heidelberg Universitetidir.