Azedu.az

“Ağıllı” geyim bazarında 1 milyard gəlir gözlənilir

1 Aprel 2018, 12:38
“Ağıllı” geyim bazarında 1 milyard gəlir gözlənilir

"Juniper Research"in analitikləri yaxın gələcəkdə "ağıllı" geyim bazarının daşınan elektronikanın ən sürətli inkişaf seqmenti olacağı qənaətindədirlər.

AzEDU-nun ICTnews-a istinadən məlumatına görə, araşdırma nəticəsində məlum olub ki, indi istifadəçiləri "ağıllı" saat və fitnes trekerlər deyil, digər daşınan elektronika qurğuları (məsələn, "internetə qoşulmuş" geyim, həmçinin "ağıllı" eynək ) maraqlandırır.

Məlumata görə, növbəti 2 ildə "ağıllı" geyim bazarında "CAGR" (orta illik artım sürətinin faizlə ifadəsi) göstəricisi 102% təşkil edəcək. Nəticədə 2020-ci ilədək bu sektorda 1 milyard dollar məbləğində gəlir əldə ediləcək.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox