Azedu.az

Təxirə salınan dərs günləri üzrə müəllimlərin maaşı ödəniləcək? - Nazirlikdən cavab

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

19 Yanvar 2019, 15:13
Təxirə salınan dərs günləri üzrə müəllimlərin maaşı ödəniləcək? - Nazirlikdən cavab

Təxirə salınan dərs günləri üzrə müəllimlərin əməkhaqqısı ödəniləcək.

Bu barədə Təhsil nazirliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumatda qeyd olunub ki, Təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində tədrislə bağlı tədbirlər təxirə salınıb. Mövcud əmək qanunvericiliyinə uyğun olaraq qeyd olunan tarixlər üzrə işçilərin əməkhaqqısı ödəniləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə təxirə salınan dərs günlərinin maaşının müəllimlərin əməkhaqqısından çıxarılmasına dair iddialar dolaşırdı.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox