I yarımilin sonuncu KSQ-nin (Kiçik SummativQiymətləndirmə) jurnala hansı tarixə yazılması məktəb rəhbərliyi tərəfindən müəyyən edilməlidir.
Bu barədə Təhsil Nazirliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib.
Məlumatda qeyd olunur ki, bu prosesi məktəblər özləri tənzimləməlidir.
Qeyd edək ki, hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb.
Yeni təlimatlara əsasən, biryarimil ərzində müəllim ən azı 3 dəfə kiçik summativ qiymətləndirmə aparmalıdır. Şagirdlərin qış tətilinin yanvarın 27-si başladığını nəzərə alsaq, deməli, jurnal 26-sına qədər yazılır və I yarimil 26-sı bağlanır.
Belə olduğu halda, müəllim buraxılış siniflərində həftədə 1 saat olan fənlərdən ayın 18-nə KSQ (kiçik summativ qiymətləndirmə) 25-nə BSQ (böyük summativ qiymətləndirmə) keçirilməlidir. Yanvarın 18-i dərs təxirə salındığından KSQ-nin keçirilməsi üçün uyğun vaxt problemi yaranır.