Bütün dünyada olduğu kimi ölkəmizdə də xaricdə təhsil almaq istəyənlər var.
Xarici ölkələrdə təhsil almaq istər dünyagörüşünün formalaşması, istərsə də elm, təhsil baxımından böyük əhəmiyyət kəsb edir.
Bəs, xaricdə təhsil almaq istəyən tələbələrin sənədləşmə prosesində çətinlikləri nələrdir?
AzEdu.az bununla bağlı yazını təqdim edir:
“Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri, xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlunun sözlərinə görə, xaricdə təhsil almaq istəyənlərin sənədləşmə prosesi təhsilin bakalavr və magistratura dərəcəsinə görə fərqlənir:
“Xarici ölkələrin universitetlərinə qəbul zamanı tələbələrin sənədləşmə prosesi 3aydan 1 ilə qədər davam edir. Sənədləşmə prosesi və qəbul prosedurasına ən tez cavab verən ölkə isə Türkiyədir. Eyni zamanda, Litva və Polşa Respublikası da ən tez cavab verən ölkələr siyahısındadır. Qeyd edilən ölkələrdə tələbələrin sənədləşmə prosesi və qəbul prosedurası müraciətdən 2-3 aydan çox keçməyərək cavab verilir. Amma digər ölkələrdə isə 1ilə qədər zaman ala bilər”.
Ekspert bildirib ki, 2018- ci ildə tələbələrin viza prosedurasında ən çox çətinlik çəkdiyi ölkəisə İtaliya olub:
“İtaliyada təqaüdlə təhsil almaq istəyənlərdən xüsusilə bank hesabı ilə bağlı çoxlu sənədlər istənilir. Həmçinin, tələbələrin viza produrasında çətinlik çəkdiyi ölkələrdən biri də ABŞ-dır.2018-ci ilin ikinci yarısında ABŞ-da təhsil vizası prosesi kifayət qədər çətinləşib. Təhsil vizasında çətinliklərdən biri kimi təhsil alanların ölkəyə qayıtmamasını əsas gətirdiklərini qeyd etmək olar. Əlavə olaraq, qeyd edim ki, 2018- ci ildə viza prosedurasında tələbələr bu kimiproblemlərlə çox üzləşdilər. Ümid edirik ki, 2019 ölkəmiz üçün çox yaxşı il olacaq və xaricdə təhsil alan gənclərimiz ötən ildəki kimi çətinliklərlə üzləşməyəcəklər”.