Azedu.az

Magistraturaya 1 ay qalmış hazırlaşanlar üçün: Sual sayı çox olan mövzular

Magistratura

16 Yanvar 2019, 15:58
Magistraturaya 1 ay qalmış hazırlaşanlar üçün: Sual sayı çox olan mövzular

2019-cu ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan magistraturaya qəbul imtahanlarının tarixləri müəyyən olunub.

Belə ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da keçiriləcək. Tarixdən də bəlli olduğu kimi, imtahana, təxminən, 1 ay vaxt qalıb. Tələbələrin bir qismi isə gündəlik iş rejimi və digər üzrlü səbəblərdən imtahana son 1 ay qalanda hazırlaşmağa başlayırlar. Bəs belə olan halda onlar keçid balını toplayaraq imtahandan keçmək üçün nə etməlidirlər?

Məntiq-informatika  müəllimi, magistratura pilləsi üzrə təlimçi  Rəşadət Şərifov AzEdu.az-a açıqlaması zamanı bildirib ki, belə olan halda fənlər üzrə qısa qaydaları öyrənmək lazımdır:

“Dərin düşünməyi tələb etməyən testləri işləmək kifayətdir. Bir mövzu üzərində günlərlə baş sındırmaq lazım deyil. Çalışmaq lazımdır ki, bütün mövzulardan anlayışlı olsunlar.

Və ən əsası bir mövzudan 100-lərlə test işləmək əvəzinə, hər mövzudan 40-50 test həll etmək daha faydalı olar. Bu, hər 3 fənnə aiddir.

R.Şərifov, həmçinin, sual sayının daha çox olduğu bölmələri də qeyd edib:

“Məntiqdən ən çox sual bu mövzulardan düşür: Şəkillər, analogiyalar, mətnin məntiqi təhlili”.

 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox