Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Polimer Materialları İnstitutunda makromolekullar kimyası və kompozit materialların kimyası və texnologiyası ixtisasları üzrə fəlsəfə doktoru hazırlığı üçün doktoranturaya qəbul imtahanı keçirilib.
İnstitutdan AzEdu.az-a bildirilib ki, hər iki ixtisas üzrə 2 iddiaçının iştirak etdiyi imtahanlar uğurla başa çatıb.