Azedu.az

Magistrantlar kompüter elmləri ixtisasından imtahan veriblər

AMEA

9 Yanvar 2019, 21:21
Magistrantlar kompüter elmləri ixtisasından imtahan veriblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun birinci və ikinci kurs magistrantları 2018/2019-cu tədris ili üzrə qış imtahan sessiyasında kompüter elmləri ixtisasından imtahan veriblər. AMEA-dan AzEdu.az-a bildiriblər ki, imtahan bu qurumun prezidenti, akademik Akif Əlizadənin “AMEA-nın magistrantları üçün qış imtahan sessiyasının keçirilməsi haqqında” müvafiq sərəncamına əsasən keçirilib.

Magistrantların növbəti imtahanları yanvarın 11-dən 29-dək keçiriləcək.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox