Azedu.az

“Bunları bilməyən müəllim məktəbdə dərs deməməlidir” - sertifikasiya iştirakçısı

Müsahibə və reportajlar

Sertifikasiya

21 Oktyabr 2025, 17:31
“Bunları bilməyən müəllim məktəbdə dərs deməməlidir” - sertifikasiya iştirakçısı

Ötən gün təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 13-17 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri açıqlanıb.

Belə ki, müsahibə mərhələsindən maksimum nəticə əldə edənlərdən biri də Elmira Mustafayevadır.

O, Bakı Dövlət universitetinin məzunu olub:

"Mən 1984-cü ildə anadan olmuşam. 2004-cü ildən etibarən Vəndam qəsəbə Hikmət Rəşidov adına 2 nömrəli tam orta məktəbdə fizika müəllimi kimi fəaliyyət göstərirəm. Artıq 21 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam.

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsini (2004-2007-ci illərdə) bitirmişəm. 1 il 24 nömrəli Şuşa məktəbində də işləmişəm. Diaqnostik qiymətləndirmədə 60 bal toplayaraq maksimum nəticə göstərmişəm.

Müəllimlərin sertifikatlaşdırılması imtahanının test mərhələsindən 57, müsahibə mərhələsindən isə 40 bal toplamışam. Hazırda həkim kimi fəaliyyət göstərən çox sayda şagirdim var. Hətta xarici ölkədə həkim kimi işləyənlər də var. Kimya, Biologiya müəllimi, Əczaçılıq üzrə təhsil alan şagirdlərim də az deyil.

Sertifikasiya imtahanının təşkil edilməsi müəllimlər üçün çox uyğundur. Çünki mən uzun illərdir ki, işləyirəm. Bəzən fikirləşirəm ki, mən artıq yaşlanıram. Ola bilsin ki, cavanlarla ayaqlaşa bilmərəm. Lakin sertifikasiyada yüksək nəticə göstərəndə artıq insanın özündə də özgüvən formalaşır ki, yox, mən hələ də öhdəsindən gəlməyi bacarıram.

İmtahan bir növ adama stimul verir ki, öz işinə həvəslə davam edə biləsən. Mənə görə suallar çox rahat idi. Sualları gördükcə fikirləşirdim ki, bunları bilməyən müəllim gedib Məktəbdə dərs deməməlidir. Hətta qeyd edim ki, qəbul imtahanının sualları sertifikasiya suallarından daha çətin olur.

İmtahana özüm hazırlaşmışam. Çünki uzun müddətdir ki, bu iş üzrə fəaliyyət göstərirəm. Ona görə də hazırlaşmağıma heç ehtiyac yox idi. Test mərhələsindən topladığım 57 baldan narazı qaldım. Çünki düşündüm ki, daha artıq da toplaya bilərəm. Odur ki, növbəti sertifikasiya imtahanında daha yaxşı nəticə göstərə biləcəyimə inanıram".

Mehdiyevçilər "VURULUR" - Siyahıda kimlər var?
Son xəbərlərDaha çox