Azedu.az

60 bal toplayan müəllim: Qarabağ torpağında dərs demək mənim üçün böyük şərəf olar

Müsahibə və reportajlar

Sertifikasiya

26 İyun 2025, 16:08
60 bal toplayan müəllim: Qarabağ torpağında dərs demək mənim üçün böyük şərəf olar

Ötən gün sertifikatlaşdırma imtahanından Kəlbəcər rayonu 49 nömrəli tam orta məktəbin informatika müəllimi Alsu Mikayılova 60 bal toplayıb.

 

AzEdu.az bu münasibətlə həmin müəllimlə əlaqə saxlayıb.

 

Müsahibəni təqdim edirik:

 

Alsu müəllim, sizi uğurlu nəticə əldə etməyiniz münasibətlə təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Çox istərdik ki, sizi oxucularımıza daha yaxından tanıdaq.

 

-Təşəkkür edirəm. Mən, Alsu Arif qızı Mikayılova Yexlax şəhər 4 saylı tam orta məktəbi bitirmişəm. Daha sonra Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin informatika müəllimliyi ixtisası üzrə ali təhsil almışam. Ali məktəbi 2021-ci ildə bitirib Müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak etdim.

Elə həmin ildən etibarən Kəlbəcər rayonu 49 saylı tam orta məktəbdə informatika müəllimi kimi fəaliyyət göstərirəm.

Müəllim olmaq uşaqlıq arzum olub. Mənə dərs keçən müəllimlərimdən bu stimulu almışam.

 

-MİQ imtahanından neçə bal toplamışdınız?

 

-MİQ imtahanı üzrə 47 bal toplamışdım.

 

-Bu il ilk dəfə sertifikasiya imtahanında iştirak etməklə maksimum nəticə əldə etmisiniz. Ümumiyyətlə yüksək bal toplacağınızdan əmindinizmi?  İlk dəfə nə hisslər keçirdiniz?

 

-Sözün düzü, yüksək bal toplacağımı gözləyirdim. Bu yolda da çox çalışırdım. Çox sevinirəm ki, nəticəm daha çox gözəl oldu. Yəni yüksək bal toplayacağıma inanırdım.

 

-İlk sevincinizi kimlə bölüşdünüz?

-İmtahandan yüksək bal topladığımı öyrənən zaman ilk dəfə ailəmlə sevincimi bölüşdüm. Ailə üzvlərimin hər biri məndən yüksək nəticə əldə edəcəyimi gözləyirdi.

 

-Bəs, imtahan sualları necə idi? Sizi qane edirdimi?

-Düşünürəm ki, suallar hər 3 səviyyəyə uyğun- asan, orta və çətin suallar idi. Demək olar ki, orta məktəb səviyyəsində idi. Həmçinin hesab edirəm ki, məktəbdə dərs keçən bir müəllim üçün lazımlı suallar tərtib edilmişdi. Yəni bir müəllimin bilməli olduğu suallar idi.

Bir müəllim əgər öz üzərində çalışarsa, fənnini yaxşı bilərsə, həmin sualları cavablandırmaqda heç bir çətinliyi olmaz.

 

-Alsu müəllim, sertifikatlaşdırma prosesini bir müəllimin inkişafı yolunda necə dəyərləndirirsiniz?

-Təbii ki, çox müsbət qiymətləndirirəm. Çünki hər bir müəllim buna görə öz üzərində çalışır. Eyni zamanda maaş artımı baxımdan bu proses bir növ müəllimlərə stimul verir.

 

-Uğurlu bir müəllim kimi, gələcəkdə işğaldan azad edilmiş bölgələrimizdə fəaliyyət göstərməyi düşünürsünüzmü?

 

-Niyə də yox. Böyük məmnuniyyətlə hissi ilə işğaldan azad edilmiş rayonlarımızda şagirdlərə dərs demək istərdim. İndi necə ki, çalışıram orada da fəxrlə işimi yerinə yetirərdim. Vətənimizin hər yeri bizə doğmadır. Buna görə də digər bölgələrimizdə də çalışa bilərəm. Qarabağ torpağında dərs demək mənim üçün böyük şərəf olar.

 

-Maksimum nəticə qazanmış müəllim olaraq gələcəkdə sertifikasiya imtahanında iştirak edənlərə nə tövsiyə edərdiniz?

-Tövsiyəm budur ki, çox çalışsınlar. Çünki çox çalışsalar yüksək nəticə əldə edə bilərlər. Bir də təbii ki, buna inanmaq lazımdır. Mənə görə uğurun sirri çox çalışmaq və inanmaqdır.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox