Azedu.az

Övladının sevgilisi olduğunu bilən valideyn nə etməlidir? - Psixoloqla MÜSAHİBƏ

Müsahibə və reportajlar

17 Fevral 2025, 15:43
Övladının sevgilisi olduğunu bilən valideyn nə etməlidir? - Psixoloqla MÜSAHİBƏ

Sevmək və sevildiyindən əminlik hissi insan stimul verir, həyatda daha da şən olmasına yardımçı olur. Qarşılıqlı sevilən insanların çox zaman işləri qaydasında olur, olmasa da, problemlərin birgə öhtəsindən gəlirlər.

 

Bəs görəsən, sevginin, sevməyin yaşı varmı? Hansı sevgi insanı rəzil, hansı sevgi vəzir edir?

 

AzEdu.az mövzu ilə bağlı tanınmış psixoloq Nizami Orucovla müsahibə alıb. 

155069

 

Müsahibəni təqdim edirik…

 

- Nizami bəy, qarşı cinsə duyulan sevgi məfhumunun yaşı olurmu?

 

- İnsan öz bədəninin fərqində olmağa başlayandan, cinsi yetişkənlik, yeniyetməlik dövrünə daxil olduqdan etibarən qarşı cinsə maraq, onunla ünsiyyətə həyəcan yaranır. Bu yaş bioloji inkişafdan asılı olaraq müəyyənləşən və fərdi prosesdir. Ona görə də bu məsələ üzrə hər hansı standart müəyyənləşdirmək olmur. Zamanlama hər kəsdə fərqlidir. Sadəcə bunu deyə bilərik ki, yeniyetməlik dövründə bu hissin başlama ehtimalı yüksəkdir.

 

Əgər bu hiss yeniyetməlik dövründə formalaşırsa, bəs o zaman 14-15 yaşdakı hissləri həqiqi sevgi adlandıra bilərikmi?

 

-Bu sevgi sayılır deyə bilmərik. Çünki bu yaş dövründəki qarşı cinsə marağın səbəbi, özünü tanımaq istəyi, hisslərini anlamaq, qısacası özünü kəşfetmə prosesi olaraq yaşanır. O yaşda bir çoxumuzun başına belə hadisə gəlib. Bu zaman biz qeyri - rasional şəkildə, ömrümüzün sonuna qədər bəyəndiyimiz, diqqətimizi çəkən, özümüzü daha yaxın hiss etdiyimiz o insanla axıra kimi gedəcəyimizi düşünürük. Bu anda bir həqiqəti də demədən keçmək olmaz. Bəli. Məktəb yaşından ünsiyyəti yaranaraq evlənən nə qədər insanlar var. Amma 90% hallarda şəxsiyyət və fiziki olaraq intensiv inkşaf dövrümüzdən keçdiyimiz bu yaşlarda, bir çox düşüncə, hissi şişirdilmiş şəkildə yaşayırıq. Ona görə də bu suala cavabı bu şəkildə vermək olar ki : Bu yaşda birini bəyənmək olar. Bizim diqqətimizi qarşı cins çəkə bilər və bizdə hər hansısa hissləri oyadar. Amma bunun sevgi olub, olmaması zamanla özünü göstərən şeydir. Hər iki variantda da, həmin yaş dövrü insanın özünü tanıma və kəşf etməsi dövrüdür.

 

- Nizami bəy, çox hallarda yeniyetməlik dövründə sevdiyi və ya sevgilisi olanlar bunu valideyndən gizlətməyə, ondan xəbərsiz danışıb, görüşməyə başlayırlar. Bəs valideyn övladının sevgilisinin olduğunu bildikdə hadisəyə necə reaksiya verməlidir?

 

- Bu hallarda valideynlər adekvat yanaşmalı, səbrli olmağı bacarmalıdırlar. Çünki bu yaşda uşağa göstərilən kəskin reaksiya, yanaşma onu tərbiyə etməkdən çox, ana - atadan uzaqlaşdıracaq. Əgər övladınızın dostluq, yaxınlıq etdiyi həmyaşıdından narazısınızsa, bunu valideynlər səviyyəsində, yetkin insan olaraq həll etməyə çalışın. Övladınız və həmin dostu ilə sağlam, yaxın əlaqələr qurmağa çalışın. Bilirəm, bəzi valideynlər üçün bu çox çətin ola bilər və dəyərlərinə zidd gedə bilər. Amma bu övladınızı özünüzdən uzaqlaşdırmadan, ən doğru və dəqiq şəkildə anlamağa və ona yol göstərməyinizə kömək göstərə bilər.

 

- Qəbul imtahanlarına hazırlaşan yeniyetmələrin həm dərsdən yayınmaması, həm də psixoloji travma almaması üçün sizcə ideal sevgi yaşı anlayışı varmı?

 

- Bu məsələyə yaş qoyaraq, sərhədləmək, limit qoymaq tam uyğun deyil. Çünki hisslər və bu kimi məsələlərin zamanı hər kəsdə fərqli başlaya bilər. Hər kəsin həyatının digər sahələrinə fərqli dərəcədə təsir göstərə bilər. Məsələn, elə yeniyetmə olar ki, sevgi hissi ona motivasiya olar və daha da uğurlu biri edər. Eləsi ola bilər ki, bəli dərslərdən yayındırar, geri salar. Ya da hər ikisi arasında tarazlığı qoruyub saxlaya bilər. Başqa bir ehtimal olaraq da, qarşılıq alıb, almama məsələsinə görə, böhran yaşamaq məsələsidir. Elə yeniyetmə olur ki, qarşılıq almadığı halda daha da uğurlu gənc olmağa başlayır. Eləsi də olur ki, depressiya halına düşür. Bu biraz fərdə özəl inkşaf edən proses olduğu üçün, tək cavablı sual deyil. Və yaşla sığortalanan məsələ də deyil. Psixoloji vəziyyət və olğunluq dərəcəsindən aslı məsələdir. Əlavə olaraq da situasiyadan asılıdır. Bütün bunları dəyərləndirərək, nəticəyə gəlmək olar.

 

- “İnsanı dağlara qaldırıb, dağdan endirən sevgi”nin sağlam qurulması üçün təməlində nə olmalıdır?

 

Ən sağlam münasibətin təməlində düzgün ünsiyyət durur. Hazırda o qədər münasibət var ki, böhran səbəbi sadəcə ünsiyyət azlığı, maraqsızlıqdan irəli gəlib. Bu həll olsa, digər problemlər də bilavasitə həllini tapar. Texnologiyanın inkşafı ilə ünsiyyətlərdə azalma, içi boşluq o qədər artıb ki, ortada müştərək həyat, münasibət mövzusu belə 0-a enib. Bundan sonra diqqət, səbr və hörmət gəlir. Bunların ən başında niyə sevgi qeyd olunmayıb deyə, qəribsəyə bilərsiniz. Amma sevgi də elə bu faktorların olduğu şəraitdə yaranan şeydir. Bunların təməl olduğu münasibətlər sevgi ilə daha da gözəlləşib ortada hüzurlu birlikdəlik, münasibət gətirə bilər.

Ukrayna neft zavodunu vurdu - Putin ƏMR VERDİ
Son xəbərlərDaha çox