Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı, qurumun Elm və Təhsil Komitəsinnin üzvü Mehriban Vəliyeva Modern.az və AzEdu.az Təhsil Portalına geniş müsahibə verib.
Mehriban Vəliyeva qeyd edib ki, biz o qədər sürətlə inkişaf etməliyik ki, süni intellekt bizi deyil, biz onu idarə edə bilək:
"Təhsil özü konservativ sahədir və bu dəyişkənliyi yaratmaq çox çətindir. Ulu öndərin belə bir sözü var: "Təhsil kənd təsərrüfatı deyil, təhsil iqtisadiyyat deyil". Təhsil tamamilə başqa sferadır. Bu gün rəqabətli insan kapitalından danışırıq və həmin an insanın gözünün qarşısına dünyada inkişafla bağlı insanlar arasında gedən rəqabət gəlir. Süni intellekt bu rəqabəti 2 qat artıracaq. Biz o qədər sürətlə inkişaf etməliyik ki, süni intellekt bizi deyil, biz onu idarə edə bilək. Əlbəttə ki, biz süni intellektdən qorxmamalıyıq. Biz istəsək də, istəməsək də artıq həyatımıza daxil olub. Süni intellektdən təhsildə yaxşı mənada bəhrələnmək lazımdır".