Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı, qurumun Elm və Təhsil Komitəsinnin üzvü Mehriban Vəliyeva Modern.az və AzEdu.az Təhsil Portalına geniş müsahibə verib.
Mehriban Vəliyeva qeyd edib ki, MİQ-lə Sertifikasiya birləşdirilə bilər:
"MİQ 10 il bundan əvvəl əsası qoyulan bir prosesdir. Bu imtahanlar şəffaf formada həyata keçirilir. Bundan sonra sözün əsl mənasında məktəblərə heç bir qeyri-qanuni yolla müdaxilələr olmadı. Sertifikasiya isə 2022-ci ildən etibarən tətbiq edilir və 2026-cı ildə tamamlanacaq.
Sertifikatlaşdırma peşəkar inkişafı təmin edir, MİQ isə müəllimlərin işə qəbulu prosesini həyata keçirir. Ola bilər ki, gələcəkdə sertifikatlaşdırma ilə MİQ-in birləşməsi istiqamətində işlər görülsün".