Azedu.az

Əmlak platforması yaradan şagird: Böyük şirkət qurub, dünya şöhrətli biri olacam

24 Sentyabr 2024, 12:21
Əmlak platforması yaradan şagird: Böyük şirkət qurub, dünya şöhrətli biri olacam

12 yaşlı məktəbli Naxçıvanın ilk innovativ daşınmaz əmlak platformasını yaradıb.

 

Şərur şəhər 2 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Əlisoy Ədalət Mehdi oğlunun Naxemlak.az platformasının təqdimatı keçirilib.

 

Bu münasibətlə AzEdu.az Təhsil Portalı olaraq Ədalət Əlisoyla əlaqə saxladıq.

 

O, bizimlə təəssüratlarını bölüşüb.

 

- Ədalət, bizə maraqlıdır ki, bu sahəyə səndə maraq necə yarandı?

 

- Mən bu sahəyə 2 il əvvəl maraq göstərməyə başladım. Bu illər ərzində özümü inkişaf etdirməyə çalışırdım.

 

Ailə və yaxınlarımın bu sahə ilə bağlı problem yaşadığını gördüm və düşündüm ki, texnologiyadan istifadə etməklə yaranan problemi həll edə bilərəm. Daha sonra isə Naxemlak.az platformasını yaratmaq qərarına gəldim.  

 

- Bəs, bu fikri reallaşdırmaq üçün kimlə məsləhətləşdin?

 

- Belə bir layihəm olduğunu ailəmə danışdım. Bu istiqamətdə onlardan mənə necə kömək edə biləcəklərini soruşdum.

 

- Onların layihənlə bağlı reaksiyası necə oldu?

 

Valideynlərim mənə bu barədə hər zaman arxa duracaqlarını və maddi-mənəvi dəstək olacaqlarını deyiblər.

 

- Ailənizdə bu sahə ilə bağlı istedadlı şəxslər var, yoxsa ilksən?

 

- Bəli, ilk mənəm. Mən ailənin ilk övladıyam. Məndən kiçik bacım və qardaşım var. Qardaşımda mənim kimi proqramlaşdırmaya böyük həvəs göstərir. Əminəm ki, gələcəkdə qardaşım robot texnika üzrə ilkə imza atacaq.

 

- Layihəni daha da inkişaf etdirmək istəyirsən?

 

Bəli.

 

-Bəs, necə?

 

- Bunun üçün ilk növbədə xaricdə təhsil almağı planlaşdırıram. Daha sonra orada böyük bir texnologiya şirkəti qurub və Azərbaycana dünya şöhrətli biri kimi dönmək istəyirəm.

 

- Ədalət, uğurunu dostların, sinif yoldaşların necə qarşıladı?

 

- Dostlarım təbii ki, uğuruma sevindilər. Yusif adında bir dostum var ki, onun da mənim kimi proqramlaşdırma sahəsinə marağı var. Hətta gələcəkdə birlikdə işləmək istəyirik.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox