Sabirabad şəhər 2 saylı Beynəlmiləl Təbiət və Texniki təmayüllü Məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi, "Örnək müəllim" Elvira Allahverdiyeva, beynəlxalq səviyyəli “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin təşkil etdiyi “Microsoft Sertifikatlı Pedaqoq” təlimini uğurla başa vuraraq mümkün 1000 baldan 857 bal toplayıb və beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanıb.
AzEdu.az xəbər verir ki, bu uğuru sayəsində 2025-2026-cı tədris ili üçün “Microsoft Innovative Educator Expert (MIE Expert)” proqramına qəbul olunub.
Qeyd edək ki, bu il Azərbaycan üzrə cəmi 38 müəllim bu nüfuzlu statusa layiq görülüb və cari tədris ilində Elvira Allahverdiyeva Mil-Muğan Regional Təhsil İdarəsi üzrə bu titulu qazanan yeganə müəllimdir.
Bu proqram Microsoft şirkəti tərəfindən təhsildə innovativ texnologiyaların tətbiqini təşviq etmək məqsədilə həyata keçirilir və dünyanın müxtəlif ölkələrindən seçilmiş qabaqcıl pedaqoqları bir araya gətirir.
Bu bilik və bacarıqları artıq gündəlik dərslərində uğurla tətbiq edir – texnologiya ilə yaradıcı tədrisi birləşdirərək şagirdlərinin tənqidi və innovativ düşünmə bacarıqlarını inkişaf etdirir.