Azedu.az

"Örnək müəllim" sertifikasiyanın müsahibə mərhələsindən yüksək bal TOPLAYIB

Müəllimlər və elm adamları

14 Oktyabr 2025, 11:08
"Örnək müəllim" sertifikasiyanın müsahibə mərhələsindən yüksək bal TOPLAYIB

Ötən gün təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 7-10 oktyabr tarixlərində keçirilən müsahibə mərhələsinin nəticələri açıqlanıb.

Belə ki, müsahibə mərhələsindən yüksək bal toplayan müəllimlərdən biri Masallı rayonu Qəriblər kənd tam orta məktəbinin fizika müəllimi, “Örnək müəllim” Emil Bayramovdur.

O, müsahibə mərhələsindən 38 bal toplayıb.

Bu münasibətlə AzEdu.az Emil müəllimlə əlaqə saxlayıb və təəssüratlarını öyrənib.

Emil Bayramov bildirib ki, imtahanda heç bir kənar mövzu olmayıb:

"2006-cı ildə orta məktəbi bitirib, elə həmin ildə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinə qəbul olmuşam. 14 ildir ki, müəllim kimi fəaliyyət göstərirəm. Hazırda Masallı rayonu Qəriblər kənd orta məktəbində fizika müəllimi kimi çalışıram. Bu il keçirilən sertifikasiya imtahanında test mərhələsindən 55, müsahibə mərhələsindən isə 38 bal toplayaraq uğur əldə etmişəm.

Pedaqoji fəaliyyətimdə şagirdlərimin olimpiadalarda qazandıqları uğurlarına görə 2018-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən fəxri fərmanla, 2023-cü ildə isə Qabaqcıl təhsil işçisi döş nişanına layiq görülmüşəm. Həmçinin, 2023-cü ildə Ulu öndər Heydər Əliyevə həsr olunmuş müəllimlərarası respublika fənn olimpiadasında 1-ci yerə layiq görülmüşəm.

Sertifikasiya imtahanında heç bir kənar mövzu olmayıb. Gələcəkdə bu imtahanda iştirak edəcək həmkarlarıma tövsiyə edirəm ki, əsasən sinifdə istifadə etdikləri dərs vəsaitlərindən yararlansınlar və gündəlik sistemli şəkildə öz üzərlərində çalışsınlar. Bu, uğurlu nəticə əldə etməkdə ən səmərəli yoldur".

Qeyd edək ki, Emil müəllimin 20 şagirdi respublika olimpiadalarında iştirak edib. Onlardan 4 nəfəri final mərhələsində medal qazanıb: 2-si bürünc, 2-si isə gümüş medala layiq görülüb.

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox