Amerikalı nevrologlar isə yeniyetmə beyninin inkişafının hələ tam başa çatmadığını sübut ediblər.
AzEdu.az-ın araşdırmasına görə, beynin qərarvermə, emosiyaların idarə olunması və gələcəyi planlaşdırmaq kimi funksiyalara cavabdeh olan ön alın payı (prefrontal korteks) 25 yaşa qədər inkişaf edir. Bu isə yeniyetmələrin bəzən emosional və düşünülməmiş qərarlar qəbul etməsinin səbəblərindən biridir.
Təhsil sahəsində aparılan tədqiqatlar göstərir ki, yeniyetmələrin dərsə marağı və uğuru onların ailə mühiti, müəllimlərlə münasibəti və yaşıdları ilə sosial əlaqələrindən birbaşa asılıdır. Məsələn, Kanada və Finlandiyada aparılan araşdırmalarda məlum olub ki, məktəbdə psixoloji dəstək alan və müəllimlər tərəfindən diqqətlə müşahidə olunan yeniyetmələrdə həm akademik uğur, həm də emosional sabitlik daha yüksək olur.
Digər bir mühüm məsələ yeniyetmələr arasında yayılan riskli davranışlardır. Alimlər qeyd edirlər ki, siqaret, alkoqol, narkotik maddələrə meyl, erkən yaşda cinsi əlaqə kimi davranışlar daha çox nəzarətsiz, psixoloji dəstəyi zəif olan və ya sosial təcrid yaşayan yeniyetmələrdə müşahidə olunur. Bu sahədə aparılan tədqiqatlar riskli davranışların qarşısını almaq üçün profilaktik tədbirlərin, maarifləndirici proqramların və valideyn nəzarətinin vacibliyini vurğulayır.
Nəticə etibarilə alimlərin araşdırmaları göstərir ki, yeniyetməlik dövründə həm psixoloji, həm də sosial dəstək gəncin sağlam inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Ailə, məktəb və cəmiyyət bu dövrdə birgə fəaliyyət göstərməli, yeniyetmələrin ehtiyac və problemlərinə həssas yanaşmalıdır.