Azedu.az

Fantastik hekayələr uşaqların yaradıcılığını gücləndirir

Müəllimlər və elm adamları

8 Oktyabr 2025, 12:43
Fantastik hekayələr uşaqların yaradıcılığını gücləndirir

Uşaqların təxəyyül gücü və yaradıcı düşüncə bacarığı elm adamlarının daim diqqət mərkəzində olub. Son illərdə aparılan bir araşdırma isə bu sahədə xüsusilə maraqlı nəticələr ortaya çıxarıb. Harvard Universitetinin Uşaq İnkişafı Mərkəzində aparılan bu araşdırma 4-6 yaş arası uşaqların real və uydurma hadisələri necə ayırd etdiyini və onların düşüncə tərzinin yaşla necə dəyişdiyini öyrənmək məqsədi daşıyıb.

AzEdu.az-ın araşdırmasına görə, tədqiqatçılar uşaqlara iki tip hekayə təqdim ediblər: biri real həyatda baş verə biləcək, digəri isə yalnız təxəyyüldə mümkün olan hadisələrə əsaslanır. Məsələn, bir hekayədə bir uşağın dostu ilə parkda oynadığı, digərində isə bir uşağın sehrli bir delfinlə sualtı dünyaya səyahət etdiyi təsvir olunub. Uşaqlardan bu hekayələrin hansının gerçək ola biləcəyi, hansının isə yalnız təsəvvürdə mümkün olduğu soruşulub.

Nəticələr göstərir ki, uşaqlar fantastik hadisələri gerçək həyatdan ayırmaqda çətinlik çəksələr də, bu onların təxəyyül gücünün yüksəkliyindən qaynaqlanır. 5 yaşlı uşaqların əksəriyyəti sehrli və qeyri-real hekayələri "ola bilər" kimi qəbul edirlər. Bu, onların dünyanı tanıma və öyrənmə mərhələsində bütün ehtimallara açıq olduqlarını göstərir.

Alimlər belə qənaətə gəliblər ki, uşaqların bu şəkildə düşünməsi onların yaradıcılığını və problem həll etmə qabiliyyətlərini artırır. Hətta bu araşdırma sübut edir ki, yüksək təxəyyül qabiliyyəti olan uşaqlar sonradan elm, incəsənət və texnologiya sahələrində daha uğurlu ola bilərlər.

Rusiyadan VƏHŞİLİK - Azərbaycanlılar Moskva hava limanında saxlanıldı
Son xəbərlərDaha çox