Son bir neçə il ərzində alimlər fransız arxeoloqlarının tapıntısı üzərində baş sındırırlar.
AzEdu.az bildirir ki, bu barədə labrujulaverde.com portalı məlumat yayıb.
Hələ 2020-ci ildə Milli Preventiv Arxeoloji Tədqiqatlar İnstitutundan olan tədqiqatçılar ölkənin cənub-şərqində yerləşən İzernor kommunası ərazisində arxeoloji qazıntılar aparıblar.
O zaman Qall-Roma şəhəri olan İzarnodurumun ərazisində qədim dövrlərdə zibil tullantıları sahələri kimi istifadə olunan dörd quyu aşkar edilmiş, onların içərisində isə işıq və oksigen olmayan mühitdə yaxşı qorunub saxlanılmış ağac emalatxanasının tullantıları, o cümlədən, albom kimi hörülmüş 15 ağac yazı lövhəsinin fraqmentləri tapılmışdı.
Belə lövhələr Roma İmperiyasında məktəb dəftərləri və ya rəsmi yazışmalar üçün blanklar kimi geniş istifadə olunub. Arxeoloqların diqqətini, xüsusilə, üzərində mürəkkəblə bir neçə sətir yazılmış nadir nüsxə cəlb edib. Lakin yazının dəqiq məzmunu, hansı şəraitdə, nə münasibətlə və kim tərəfindən yazıldığı kimi suallara elm hələ cavab verməyib, lakin epiqrafik təhlil davam edir.