Azedu.az

Naxçıvanda müəllimlər günü qeyd olunub

Müəllimlər və elm adamları

5 Oktyabr 2025, 10:54
Naxçıvanda müəllimlər günü qeyd olunub

Naxçıvanda 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü qeyd olunub.

AzEdu.az xəbər verir ki, tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. 

Naxçıvan Hərbi Kollecinin konfrans zalında davam edən tədbirin əvvəlində Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Tarverdi Məmmədov, Naxçıvan Qızlar Liseyinin direktoru İlahə Fərəcova bu şərəfli yolda səylə çalışan pedaqoqları təbrik edib, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıblar.Qeyd olunub ki, , əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Son illərdə Naxçıvanda təhsil sahəsində uğurlu nəticələr əldə olunub. Diqqətə çatdırılıb ki, müəllimlərimizin yorulmaz səyləri sayəsində 2025-cü tədris ili şagird nailiyyətləri baxımından Naxçıvan təhsili üçün ən uğurlu illərdən olub. Belə ki, buraxılış və qəbul imtahanlarında şagirdlərimiz tərəfindən son 30 ilin ən yüksək nəticələri əldə edilib.  

Tədbirdə təhsil sahəsində səmərəli fəaliyyətinə görə bir sıra müəllimə Elm və Təhsil Nazirliyinin və Naxçıvan Muxtar Respubliası Təhsil Nazirliyinin “Fəxri Fərmanı” ları, təhsil sahəsində səmərəli fəaliyyətinə və gənc nəslin təlim-tərbiyyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə məktəblərin kollektivlərinə “Təşəkkürnamə”, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunan müəllimlərə nişan və vəsiqələr təqdim olunub.   

Tədbir bədii hissə ilə davam edib.

ABŞ hərəkətə keçdi - Raketləri Rusiyanı BOMBALAYACAQ
Son xəbərlərDaha çox