Azedu.az

Bu gün Vətən üçün şəhid olan müəllimlərin də GÜNÜDÜR

Müəllimlər və elm adamları

5 Oktyabr 2025, 09:30
Bu gün Vətən üçün şəhid olan müəllimlərin də GÜNÜDÜR

Hər il 5 oktyabr tarixində Beynəlxalq Müəllimlər günü kimi qeyd olunur. Bu gün yalnız dərs dedikləri sinif otaqlarında deyil həm də həyatın ən çətin sınaqlarında öndə gedən, xalqına, dövlətinə sədaqətlə xidmət edən müəllimlərin fədakarlığını yad etmək üçün də əlamətdar gündür.

Xüsusilə 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, müəllimlik peşəsi yalnız elm və bilik vermək deyil, həm də vətənpərvərlik nümunəsi olmaq deməkdir. 

Vətən müharibəsində 20 nəfər təhsil işçisi qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb.

AzEdu.az həmin müəllimləri təqdim edir:

Məmmədov Rəşad Fərəməz oğlu- Tarix müəllimi;

İsmayılov Rabil Elbrus oğlu- Riyaziyyat müəllimi;

Lətifov Rəvan Ömür oğlu -Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı;

Əhmədzadə Famil Ağaəhməd oğlu- Tarix müəllimi;

Ömərov Qoşqar Səxavət oğlu- riyaziyyat müəllimi;

Mədət Qəmbərov- Azərbaycan dili və ədəbiyyat müəllimi;

Sarıyev Tural İsmayıl oğlu -məktəbinin texniki işçisi;

İsrafilov Vidadi Vaqif oğlu-riyaziyyat müəllimi;

Məmmədli Həsən Qəhrəman oğlu-təsərrüfat müdiri;

Nəciyev Xalid Qabil oğlu -Tarix və coğrafiya müəllimi;

Quliyev Əvdil Qardaşxan oğlu- "Gənclərin çağırışaqədərki hazırlığı" fən müəllimi;

İmaməliyev Elvin Elsevər oğlu-məktəbin direktoru;

Əhmədov Vidadi Murad oğlu- liseyinin texniki işçisi;

Qurbanov EmiVaqif oğlu-məşqçi-müəllim;

Ehtiram Hüseynli -gənclərin çağırışaqədərki hazırlığı rəhbəri.

AzEdu.az Təhsil Portalı olaraq şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbir diləyirik. Vətən uğrunda canlarını qurban vermiş qəhrəmanlarımızın xatirəsi daim qəlblərimizdə yaşayacaq.

Onların hər biri öz həyat hekayəsi ilə bizə öyrədir ki, müəllim olmaq sadəcə bir peşə deyil bu, missiyadır. Bu, xalqın gələcəyini tərbiyə etmək, lazım gəldikdə isə o gələcəyin uğruna canını fəda etməkdir. Müəllimlər həm də savaş meydanında bir daha sübut etdilər ki, milli ruhun, vətənə sədaqətin, əxlaq və mənəviyyatın daşıyıcılarıdır.

Bu gün azad Qarabağda səslənən zənglər, yeni açılan məktəblərdə başlayan dərslər, müəllim səsi eşidilən hər bir sinif otağı həmin şəhidlərin ruhuna dəyən bir minnətdarlıqdır.

ABŞ hərəkətə keçdi - Raketləri Rusiyanı BOMBALAYACAQ
Son xəbərlərDaha çox