Azedu.az

Dil qaydalarının tez-tez dəyişməsi müəllimlərin də səhv etməsinə yol açır

Müəllimlər və elm adamları

25 Sentyabr 2025, 16:24
Dil qaydalarının tez-tez dəyişməsi müəllimlərin də səhv etməsinə yol açır

Sertifikasiyadan keçən istər ibtidai, istərsə də Azərbaycan dili müəllimlərinin yazı xətaları cəmiyyətdə ciddi müzakirələrə səbəb olur və qınaqla qarşılanır. Təhsil naziri Emin Əmrullayev də brifinqlər zamanı həmin müəllimlərin yazıda buraxdıqları kobud səhvlərə toxunur. Bundan başqa, sosial şəbəkələrdə Azərbaycan dili müəllimlərinin paylaşımlarında və yazdıqları rəylərdə eyni hallara rast gəlinir. Təbii ki, bunu bütün müəllimlərə aid etmək düzgün olmaz, amma təəssüf ki, belə nümunələrin sayı az deyil.

Bir müəllimin, xüsusən də Azərbaycan dilini tədris edən təhsilverənin bu kimi səhvlərə yol verməsi nə dərəcədə qəbulediləndir?

Mövzu ilə bağlı Füzuli rayonu Qarabağ kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, direktor, "İlin gənc müəllimi" Əlihüseyn Yaqubov AzEdu.az-a açıqlama verib.

"Müəllimlərinin fəaliyyətində müəyyən yazı səhvlərinə rast gəlinir. Məsələn, bəzi sözlərin yazılışında əlavə hərflərin işlədilməsi müşahidə olunur. Bu kimi yanlışlıqlar əsasən yaşlı nəsil arasında daha çox görünür.

Əsas səbəblərdən biri vaxtilə yazılı imtahanların olmamasıdır. Buna görə də müəllimlər orfoqrafik və qrammatik səhvlərə kifayət qədər diqqət ayırmırdılar. İndi isə müəllimlər sosial şəbəkələrdə paylaşımlarda da səhv etmək qorxusundan çəkinirlər. Buna bir səbəb də dil qaydalarında tez-tez dəyişikliklərin baş verməsidir. Bu, vəziyyəti çətinləşdirir.

Bu cür problemlər gündəlik həyatda, təqdimatlarda, yazılı sənədlərdə özünü göstərir. Müəllimlər isə cəmiyyət tərəfindən həmişə örnək götürülür. Ona görə də bu kimi halların qarşısı alınmalıdır".

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox