Azedu.az

Sinif sıxlığı şagirdlərin öyrənməsinə mənfi təsir etmir - Elnur Əliyev

Müəllimlər və elm adamları

12 Sentyabr 2025, 14:32
Sinif sıxlığı şagirdlərin öyrənməsinə mənfi təsir etmir - Elnur Əliyev

“Son iki ildə aparılan monitorinqlərin statistik nəticələri göstərir ki, sinif sıxlığı şagirdlərin öyrənməsinə mənfi təsir etmir”.

AzEdu.az xəbər verir ki, bu fikirləri bu gün keçirilən “2025–2026-cı tədris ili: yeniliklər və hədəflər” adlı tədbirdə Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev səsləndirib.

O bildirib ki, şagird sayı 40-dan yuxarı olan hallarda, bu, müəyyən mənada aşağıdır, lakin 30-35 şagird sayı olan siniflərin göstəriciləri ortalamada daha yaxşıdır:

“Biz demirik ki, siniflərdə şagird sayı az olsa, nəticələr azalacaq və ya tərsinə. Demək istədiyimiz budur ki, şagird sıxlığı öyrənməyə təsir edən amil kimi görünmür. Belə bir iddia var ki, sinifdə şagird sayı çox olduğu üçün nəticələr zəifdir, lakin görürük ki, müəllimin bacarığı sinfin nəticəsinə daha çox təsir edir”. 

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox