Azedu.az

Müəllimlər sinif təmirinə məcbur edilə bilməz - Nazir

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

11 Sentyabr 2025, 13:06
Müəllimlər sinif təmirinə məcbur edilə bilməz - Nazir

Məktəblərdə müəllimlər sinif otaqlarının təmirinə məcbur edilə bilməz

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media brifinqində bildirib.

Nazir qeyd edib ki, bu qanunsuzdur, lakin müəllim könüllü şəkildə təmir etmək istəsə, bu mümkündür:

“Məcburiyyət olarsa, həmin müəllimlər nazirliyə rəsmi şikayət edə bilirlər. Nazirliyin əməkdaşı direktorla söhbət aparır. Direktor isə səhv anlaşılma iddiası ilə çıxış edə bilər. Arada konflikt yaranır. Amma məsələ birmənalı olaraq qanunsuzdur”, - deyə nazir əlavə edib.

Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir
Son xəbərlərDaha çox