Azedu.az

Müəllimlərin maaşından tutmalar hansı hallarda mümkündür? - QANUN

Müəllimlər və elm adamları

9 Sentyabr 2025, 12:52
Müəllimlərin maaşından tutmalar hansı hallarda mümkündür? - QANUN

Müəllimlərin əməkhaqlarından bəzi hallarda tutulmalar tətbiq oluna bilər. Bu tutmalar qanunvericilikdə nəzərdə tutulmuş qaydalar əsasında həyata keçirilir və müəllimlərin sosial müdafiəsini təmin edir.

Müəllimlərin əməkhaqlarına hansı hallarda tutulmalar tətbiq olunur?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb.

Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, işçilərin, o cümlədən müəllimlərin əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası, əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175-ci və 176-cı maddələri ilə tənzimlənir:

"Həmin Məcəllənin qeyd olunan maddələrində nəzərdə tutulmayan tutulmalara və ya artıq həcmdə tutulmalara yol verilmir",- deyə MÜTDA-dan məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175-ci və 176-cı maddələrinə əsasən, əmək haqqından edilən tutulmalar və onların miqdarı qanunvericiliklə ciddi şəkildə tənzimlənir. Bu maddələr işçilərin sosial müdafiəsini təmin etmək məqsədi daşıyır.

Maddə 175-ə əsasən, əmək haqqından tutulmalara yalnız müəyyən edilmiş hallarda işçinin yazılı razılığı, məhkəmə qərarı və ya qanunla nəzərdə tutulmuş icra sənədləri əsasında yol verilir. İşəgötürən əmək haqqından özbaşına və ya əsassız olaraq hər hansı məbləği tuta bilməz. Buraya vergi və sosial ödənişlər, məhkəmə qərarı ilə təyin olunan borclar, artıq ödənilmiş vəsaitlər və ya işçinin təqsiri ilə vurulmuş zərər daxildir. Bununla belə, əmək haqqından tutulmalar yalnız işçinin razılığı və ya hüquqi əsas olduqda həyata keçirilə bilər.

Maddə 176 əmək haqqından tutulan məbləğlərin miqdarını məhdudlaşdırır. Qanunla müəyyən olunub ki, əmək haqqından tutulan məbləğ ümumilikdə əmək haqqının 20 faizini, bəzən isə 50 faizini keçməməlidir. Yalnız aliment, sağlamlığa və ya ailə üzvünün itirilməsinə görə ödənilən zərər kimi hallarda bu göstərici maksimum 70 faizə qədər arta bilər. Hər bir halda, işçiyə əmək haqqının ən azı yarısının ödənilməsi təmin olunmalıdır.

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox