Azedu.az

Universitetlərin əksəriyyəti rayonlara köçürülməlidir

Müəllimlər və elm adamları

1 Sentyabr 2025, 16:39
Universitetlərin əksəriyyəti rayonlara köçürülməlidir

Paytaxt Bakıdakı universitetlərin şəhər sıxlığına və tıxaca səbəb olması uzun müddətdir müzakirə mövzusudur. Ekspertlər və təhsil sahəsi nümayəndələri bu müəssisələrin rayonlara köçürülməsinin həm təhsil, həm də sosial-iqtisadi baxımdan faydalı olacağını bildirirlər.

AzEdu.az-a açıqlamasında "Əməkdar müəllim", sabiq deputat Sona Əliyeva universitetlərin paytaxtdan rayonlara köçürülməsi ideyasını dəstəklədiyini bildirib:

"Universitetlərin paytaxdan rayonlara köçürülməsi çox yaxşı ideyadır. Amma nədənsə bununla bağlı real addımlar atılmır".

Aidiyyəti qurumlar bu məsələ üzərində baş sındırmağa çəkinirlər:

"Düşünürəm ki, Bakı Dövlət Universiteti və hərbi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla, bütün universitetlər Bakıdan əyalətlərə köçürülməlidir. Məsələn, Yasamal rayonu ərazisində üç universitet mövcuddur. Onların buradakı mövcudluğu şəhərdə sıxlığa və tıxaca səbəb olur. Universitetlər əyalətlərə köçürülsə, paytaxtda sıxlığın azalmasına gətirib çıxaracaq.

Üstəlik, bu, rayonlarda əlavə iş yerlərinin açılması deməkdir. Görünür, kompleks planlaşdırmaya ehtiyac var. Ona görə də bu məsələ yubanır. Rayonlarda özəl universitetlərin açılmasının tərəfdarıyam. Sadəcə təhsil birinci vicdan işidir. Şəffaf və ədalətli, keyfiyyətli olacaqsa böyük rayonlarda açmaq olar. Əgər vicdanla və keyfiyyətli, şəffaf tədris sistemi qurulacaqsa, bu regionların inkişafına ciddi şəkildə müsbət təsir edər. Təhsil imkanları daha əlçatan olar və təhsil almaq yaxın regionlar üçün daha ucuz başa gələr", - deyə fikrini tamamlayıb.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox