NASA alimləri Ceres cırtdan planetində maraqlı kəşf ediblər. Araşdırmalara görə, planetin nüvəsində milyardlarla il əvvəl yaranmış yüksək istilik orada mikrob həyatının mövcudluğu üçün şərait yarada bilərdi.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, nüvədə radiasiya parçalanması nəticəsində temperaturun 280 °C-yə qədər yüksəldiyi müəyyən olunub. Bu proses planetin dərinliklərində duzlu su qatlarının və hidrotərmal mühitlərin formalaşmasına səbəb olub. Alimlərin fikrincə, belə mühitlər Yer üzərində həyatın yaranma mənbələrinə bənzəyir.
Hazırda Ceresin nüvəsi soyuyub və bu cür proseslər baş vermir. Lakin alimlər bildirirlər ki, əldə edilən nəticələr Günəş sistemində həyatın izlərini axtarmaq baxımından mühüm əhəmiyyət kəsb edir.