Azedu.az

ABŞ-də elmi qrantların bölüşdürülməsi alimlərin əlindən alındı

Müəllimlər və elm adamları

1 Sentyabr 2025, 09:38
ABŞ-də elmi qrantların bölüşdürülməsi alimlərin əlindən alındı

"ABŞ-də qrantların paylanmasında elmi ekspertlərin rolu ləğv edilir. Prezident Donald Trampın Federal elmi qrantların bölüşdürülməsi sistemində kəskin dəyişikliklər edib".

Bu sözləri AzEdu.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.

Onun sözlərinə görə, Trampın fərmanı ilə tətbiq olunan yeni qaydalar 1945-ci ildə müəyyən edilmiş prinsipləri köklü şəkildə dəyişib:

"Həmin dövrdə Franklin Ruzveltin müşaviri, Amerika alimi Venivar Buş, Elmi Tədqiqatlar və İnkişaf İdarəsinin rəhbəri, fundamental tədqiqatların qiymətləndirilməsi üçün ekspert qruplarının yaradılmasını təklif etmişdi.

Daha sonra bu sistem Ruzveltin varisi Harry Trumen tərəfindən qəbul edilmiş və Konqres tərəfindən təsdiqlənmişdi. Sistem belə nəzərdə tutulmuşdu ki, müəyyən layihənin maliyyələşdirilməsi barədə qərar elmi təsirini qiymətləndirmək iqtidarında olan alimlərin səlahiyyətində qalsın; beləliklə, onların qərarları ABŞ-ın təhsil sistemi, cəmiyyət və dünya elminə təsiri əsasında verilsin.

Trampın imzaladığı yeni fərman (“Federal qrantların nəzarətinin yaxşılaşdırılması haqqında”) ilə qrantların verilməsi barədə qərarları artıq müstəqil elmi ekspertlər deyil, prezident və ya nazirlər tərəfindən təyin olunmuş məmurlar qəbul edəcək. Yəni, indiyə qədər ekspertlər tərəfindən aparılan obyektiv qiymətləndirmə sistemi aradan qaldırılır.

Yeni qaydalara görə, məmurlar layihənin “milli maraqlara uyğunluğunu” öz müstəqil dəyərləndirmələri ilə müəyyən edəcəklər. Həmçinin artıq təsdiqlənmiş layihələrə ayrılan vəsaitlər geri götürülə, subqrantlar (qrant alanların xaricdəki həmkarlarına verdiyi maliyyə dəstəyi) qadağan edilə bilər.Fərmanda maliyyə dəstəyi verilməyəcək layihələr də açıqlanır, o cümlədən “Antiamerikan dəyərləri”ni təşviq edən layihələr.

Fərmanda göstərilir ki, qrantlar ABŞ vergi ödəyiciləri üçün “ağır itki” yaradan layihələrə xərclənir, o cümlədən - Marksist sinif mübarizəsi nəzəriyyəsinin tədrisi; Doktorantlar üçün kritik irq nəzəriyyəsi üzrə təlimlər; Uhan laboratoriyası ilə bağlı araşdırmalar; Qeyri-qanuni miqrantlara pulsuz hüquqi xidmətlər.

ABŞ Konqresinin üzvü Zoi Lofqren fərmanı “moral baxımdan qəbuledilməz” adlandırır və soruşur: “Niyə məmurlar hansı araşdırmalara dəstək verəcəyinə qərar verməlidirlər?”

Kosmos siyasəti cəmiyyətin direktoru Keysi Drayerin fərmanı “gülünc və patologiyaya yaxın” adlandırır, çünki bu sistem məmurların subyektiv qərarlarına əsaslanır. ABŞ Universitet Assosiasiyasının prezidenti Todd Vulfsom bu fərmanın ABŞ-ın elmi liderliyini zəiflədəcəyini və siyasətçilerin ekspertləri əvəz edəcəyini bildirir".

Yeni qaydalar 1945-ci ildə Venivar Buş tərəfindən qurulmuş sistemə ziddir

"O zaman Franklin Ruzveltin məsləhətçisi Buş elmi ekspert qruplarını yaradaraq layihələrin obyektiv qiymətləndirilməsini təmin etmişdi. Bu sistem ABŞ-da elm və təhsilin inkişafına böyük töhfə vermişdi.

Trampın fərmanı ilə ABŞ-də federal elmi qrantların idarə olunması siyasi məmurların nəzarətinə verilir, ekspertlərin müstəqil qiymətləndirməsi ləğv edilir. Bu isə həm elmi obyektivliyi, həm də beynəlxalq akademik əməkdaşlığı risk altına qoyur və tədqiqatçıların siyasi təzyiqlərlə qarşılaşmasına yol açır".

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox