Azedu.az

Aşan avtomobildə ölən şəxs müəllimi imiş

Müəllimlər və elm adamları

Hadisə

4 Avqust 2025, 11:14
Aşan avtomobildə ölən şəxs müəllimi imiş

Dünən Gədəbəy rayonunun Şahdağ kəndində “Kia” markalı avtomobilin aşması nəticəsində həyatını itirən şəxslərdən biri müəllim imiş.

AzEdu.az xəbər verir ki, hadisə nəticəsində ölən 52 yaşlı Asəf Tapdıqov rayonun Çiçəkli kənd orda məktəbinin ingilis dili müəllimi olub.

Qəzada həyatını itirən 34 yaşlı Azadə Məmmədova isə həmin məktəbin riyaziyyat müəllimi olan Rüfət Məmmədovun həyat yoldaşıdır.

Qeyd edək ki, hadisə dünən axşam saatlarında baş verib. 1990-cı il təvəllüdlü Şəmkir rayon sakini Vüsal Məmmədov idarə etdiyi “Kia” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə 1991-ci il təvəllüdlü  Azadə Məmmədova və 1973-cü il təvəllüdlü Asəf Tapdıqov hadisə yerində ölüb.

Avtomobildə olan digər 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox