Azedu.az

Əmək haqqı qaldırılan müəllimlərin sayı 80 mini ötəcək

Müəllimlər və elm adamları

30 İyul 2025, 15:41
Əmək haqqı qaldırılan müəllimlərin sayı 80 mini ötəcək

2022-ci ildən başlayan sertifikatlaşdırma prosesində indiyədək 64 901 müəllim iştirak edib. 

AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bildirib.

“Onlardan 17 426 təhsilverənin vəzifə maaşına 35 faiz, 38 084 təhsilverənin isə 10 faiz artım tətbiq olunub.

2025-ci il üçün keçirilən sertifikatlaşdırma prosesində 21 000-ə yaxın müəllim — kimya, biologiya, fizika, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dillər fənlərini tədris edənlər iştirak edib. Test imtahan mərhələsində 6 600 müəllim 51 bal və daha yüksək nəticə göstərib, 11 318 müəllim isə 30 və daha yüksək bal toplayıb.

Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayının sonlarından başlayacaq. İlk olaraq təkrar sertifikatlaşdırma üzrə test imtahanında uğur qazanan 1 400-dən çox müəllimin müsahibə mərhələsində iştirakı nəzərdə tutulur”.

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox