Azedu.az

Alimlər qırışların yaranmasının sirrini açdılar

Müəllimlər və elm adamları

27 İyul 2025, 13:17
Alimlər qırışların yaranmasının sirrini açdılar

ABŞ-nin Bingemton Universitetinin alimləri qırışların yaşla necə və niyə əmələ gəldiyini dəqiq izah etməyə kömək edən genişmiqyaslı tədqiqat aparıblar.

AzEdu.az xəbər vetir ki, eksperimentin nəticələri "Journal of Mechanical Behavior of Biomedical Materials" jurnalında dərc olunub.

Eksperiment çərçivəsində tədqiqatçılar 16 yaşdan 91 yaşa qədər olan insanlardan götürülmüş miniatür dəri zolaqlarını dartıblar. Bu proses üz hərəkətlərinin, göz qırpılmasının, gülümsəmənin və dərinin gündəlik üzləşdiyi digər ifadələrin daimi təsirini təqlid edib.

Alimlər müəyyən ediblər ki, yaşla birlikdə dəri gündəlik üz hərəkətləri nəticəsində yaranan dartılmadan sonra elastikliyini və bərpa olunma qabiliyyətini itirir. Gənc dəridə qırış hərəkət dayanan kimi yox olursa, yaşlı insanlarda o, dərinin "yaddaşında qalır".

Kəşf dərinin qocalmasını zəiflətmək və daha effektiv kosmetik həllər hazırlamaq üçün yeni üsullar üçün əsas ola bilər.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox