Xəbər verdiyimiz kimi, ötən gün 13 iyulda keçirilən qəbul imtahanının nəticələri elan edilib. Belə ki, yüksək nəticə göstərənlər arasında Masallı rayonu Qəriblər kənd tam orta məktəbinin fizika müəllimi, "Örnək müəllim" Emil Bayramovun şagirdləri də yer alır.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, Şərəfə kənd tam orta məktəbin məzunu Əli Qarayev (IV ixtisas) 650 bal toplayıb. Belə ki, o, imtahanda fizika fənnindən bütün tapşırıqları düzgün cavablandırıb.Gəyəçöl kənd tam orta məktəbin məzunu Yaşiyar İsayev (I ixtisas) 685 bal toplayıb. O da fizikadan verilən bütün tapşırıqlara düzgün cavab verib.
4-cü qrupu üzrə Yeddioymaq kənd tam orta məktəbin məzunu Elxan Novruzov 620 bal toplayıb. O, fizika üzrə 29 suala düzgün cavab verib. Musaküçə kənd tam orta məktəbin məzunu Azadə Şahverdiyeva 4cü qrup üzrə 619,5 bal toplayıb. Fizika üzrə bütün sualları düzgün cavablandırıb.