Azedu.az

"Örnək müəllim" müsabiqədə uğur QAZANIB

Müəllimlər və elm adamları

24 İyul 2025, 14:32
"Örnək müəllim" müsabiqədə uğur QAZANIB

Ağdam rayonu Qaradağlı kənd tam orta məktəb biologiya və STEAM müəllimi, "Örnək müəllim" Rəqşanə Məmmədova "Müasir metodist" müsabiqəsinin müsahibə mərhələsini uğurla keçib.

AzEdu.az bu münasibətlə müəllimlə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.

R.Məmmədova Bakı Dövlət Universitetinin məzundur: "18 illik pedoqoji təcrübəm var. Təhsilverənlərin sertifikatlaşdırılması imtahanından 55 bal toplamışam.Özüm dərslik müəllifiyəm. Dərsliyim ADPU və Gəncə Dövlət Universitetlərində istifadə olunur, həmçinin Prezident kitabxanasında yerləşdirilib. İTE təlimçi kimi fəaliyyət göstərirəm. Vl qrant müsabiqə qalibiyəm.

2024-2025 ci tədris ilində şagirdlərim Respublika Fənn Olimpiadası qızıl, bürünc medal, Respublika Fənn Müsabiqəsində bürünc medal Sabahın Alimləri XIV Respublika Müsabiqəsində gümüş medal qazanıblar. Şagirdlərimin Beynəlxalq SAF Festivalınından da medal alıbdır.

Elm və Təhsil Nazirliyi Fəxri fərmanla təltif olunmuşam. Beynəlxalq layihələrdə iştirak edirəm. Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən təşkil olunan Müasir Metodist layihəsində mühahibə əsasında iştirak hüququ qazanmışam".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox