“Təsviri incəsəsənət müəllimliyi” ixtisasının daxil olduğu 13-cü komissiya üzrə qabiliyyət imtahanı verən abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal və başlanma vaxtı qeyd olunub.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
13-cü komissiya üzrə apellyasiya müraciətlərinin elektron formada qəbul olunması nəzərdə tutulur. 13-cü komissiya üzrə qabiliyyət imtahanları yekunlaşdıqdan sonra bu barədə ətraflı məlumat veriləcək.
Qabiliyyət imtahanlarının məzmunu ,qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2025-ci ildə nəşr olunan xüsusi buraxılışlarında verilib.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.
Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə ediləcək.