Azedu.az

ABŞ-də müəllimlər üçün süni intellekt akademiyası yaradılır

Müəllimlər və elm adamları

10 İyul 2025, 13:58
ABŞ-də müəllimlər üçün süni intellekt akademiyası yaradılır

ABŞ-də müəllimlərin süni intellektdən istifadəsini artırmaq məqsədilə yeni təşəbbüs başlayıb. "American Federation of Teachers" (AFT) Microsoft, OpenAI və Anthropic şirkətləri ilə əməkdaşlıq edərək "National Academy for AI Instruction" layihəsini təqdim edib.

AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, proqram çərçivəsində beş il ərzində 400 min K–12 müəllimi süni intellekt alətləri ilə işləməyə təlim olunacaq. Layihəyə 23 milyon dollar maliyyə ayrılıb. Təlimlər dərs planlaması, qiymətləndirmə və kommunikasiya sahələrini əhatə edəcək.

Tədris 2025-ci ilin payızında başlayacaq və həm onlayn, həm də əyani şəkildə keçiriləcək. Layihə müəllimlərə AI-dən etik və təhlükəsiz şəkildə istifadə etməyi öyrətməyi hədəfləyir.

Bəzi ekspertlər bu təşəbbüsü “Böyük texnologiya şirkətlərinin təhsilə müdaxiləsi” kimi qiymətləndirirlər. Amma təşəbbüs ümumilikdə təhsilin innovativləşməsi baxımından əhəmiyyətli sayılır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox